İranlı futbolçu: "Azərbaycana pul üçün getməmişdim"

İranlı futbolçu: "Azərbaycana pul üçün getməmişdim" "Dəfələrlə öz cibimdən pul xərcləmişəm. Heç vaxt pul qazanmaq və komanda seçmək istəyən futbolçu olmamışam".
Futbol
4 Fevral , 2021 19:10
İranlı futbolçu: Azərbaycana pul üçün getməmişdim
Bəxtiyar Rəhmani

"Dəfələrlə öz cibimdən pul xərcləmişəm. Heç vaxt pul qazanmaq və komanda seçmək istəyən futbolçu olmamışam".

"Report"un məlumatına görə, bu fikirləri "Səbail"in sabiq futbolçusu Bəxtiyar Rəhmani karyerası barədə danışarkən deyib.

Hazırda İsveçin "Dalkurd" komandasında çıxış edən iranlı yarımmüdafiəçi bildirib ki, futbolu zövq almaq üçün oynayır: "Azərbaycana pul üçün getməmişdim. Heç vaxt futboldan ciddi gəlirim olmayıb. Bəlkə də bunu demək səhvdir, amma dəfələrlə oynadığım komandalarda futbolçulara ödəniş etmişəm. Şükürlər olsun ki, heç vaxt özümü pula satmamışam".

Qeyd edək ki, Bəxtiyar Rəhmani yanvarın 8-də "Səbail"lə yollarını ayırıb.

Son xəbərlər

Orphus sistemi