İran millisinin hücumçusu "Lion"la müqavilə imzalayacaq

İran millisinin hücumçusu "Lion"la müqavilə imzalayacaq Rusiyanın "Zenit" klubunun futbolçusu Serdar Azmun karyerasını Fransada davam etdirəcək.
Futbol
244
19 Noyabr , 2021 16:44
İran millisinin hücumçusu Lionla müqavilə imzalayacaq
Serdar Azmun

Rusiyanın "Zenit" klubunun futbolçusu Serdar Azmun karyerasını Fransada davam etdirəcək.

"Report" xəbər verir ki, jurnalist Nikola Skira tviterdə 26 yaşlı hücumçunun "Lion"la müqavilə imzalayacağını yazıb.

İranlı forvard Sankt-Peterburq təmsilçisi ilə 2022-ci il yayında başa çatacaq müqaviləsini yeniləməyəcək.

"Lion"un idman direktoru Juninyo Pernambukano Azmunun transferində maraqlıdır. Onun yeni klubunda sözləşməsi 4 illik olacaq.

Qeyd edək ki, Serdar Azmun 2019-cu ildən "Zenit"in formasını geyinir. İran millisinin üzvü komanda ilə birlikdə üç dəfə Rusiya Premyer Liqasının qalibi olub, ölkə kubokunu və 3 dəfə Superkuboku qazanıb. Hücumçu cari mövsüm meydana çıxdığı 17 qarşılaşmada 9 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi