İqor Ponomaryov: "Hamı bilir ki, Azərbaycanı sevirəm" - MÜSAHİBƏ

İqor Ponomaryov: "Hamı bilir ki, Azərbaycanı sevirəm" - MÜSAHİBƏ "Dəqiq deyə bilərəm ki, artıq bu qədər yaşımın olduğunu hiss etmirəm və deyə bilmərəm ki, meydana çıxaraq bütün 90 dəqiqəni oynamağa hazıram. Yəqin ki, 85-ci dəqiqədə əvəzlənməyimi xahiş edərəm"
Futbol
850
28 Fevral , 2021 11:20
İqor Ponomaryov: Hamı bilir ki, Azərbaycanı sevirəm - MÜSAHİBƏ
İqor Ponomaryov

Azərbaycanın veteran futbolçusu İqor Ponomaryovun "Report"a müsahibəsi

- Fevralın 24-də 61 yaşınız tamamlandı. Doğum gününüzü necə qeyd etdiniz?
- Diqqətə görə çox sağ olun. Ad günümü ailəmdə övladlarım və nəvələrimlə birgə qeyd etdim. Bir çox insan mənə zəng etdi və sosial şəbəkələr vasitəsilə təbriklərini çatdırdı. Sizin vasitənizlə məni təbrik edənlərin hamısına minnətdarlığımı bildirmək istərdim.

- Hazırda özünüzü hansı yaşda hiss edirsiniz?
- Çox maraqlı sualdır. Dəqiq deyə bilərəm ki, artıq bu qədər yaşımın olduğunu hiss etmirəm və deyə bilmərəm ki, meydana çıxaraq bütün 90 dəqiqəni oynamağa hazıram. Yəqin ki, 85-ci dəqiqədə əvəzlənməyimi xahiş edərəm.

- Artıq uzun müddətdir xaricdəsiniz. Bakıya nə zaman qayıtmağı planlaşdırırsınız?
- Bəli, mən İspaniyada idim. Amma artıq yarım ildir İsveçdəyəm. Azərbaycana çoxdan gələrdim, lakin pandemiya bütün kartları qarışdırdı. Çox darıxıram, ümidvaram ki, tezliklə gələcəyəm.

- Prezident İlham Əliyev sizə Bakıda mənzil hədiyyə edib. Nəyə görə burada yox, xaricdə yaşamağa üstünlük verirsiniz?
- Əlbəttə, Bakıda qalıb-yaşaya bilərdim. Hamı bilir ki, Azərbaycanı sevirəm. Amma 10 il ərzində Azərbaycandan heç kim mənə iş təklif etməyib. Ailəni isə dolandırmaq lazımdır.

- Siz "Sabah" klubunun Müşahidə Şurasının üzvüsünüz. Klubdaxili müzakirələrə qatıla bilirsinizmi və bunu necə edirsiniz?
- Təəssüf ki, koronavirus üzündən son bir ildə görüşə və Müşahidə Şurasının iclasını keçirə bilmədik. Amma pandemiya aradan qalxan kimi biz bunu edəcəyik.

- Klub hələ də arzuolunan səviyyədə oynamır. Rəsmi şəxs kimi yox, məşhur futbolçu kimi cavab verməyinizi istərdik: Bunun səbəbini nədə görürsünüz?
- Bəli, bu məsələ birmənalı olaraq, hamını narahat edir. O cümlədən, futbolçu və baş məşqçi, xüsusən, "Sabah"ın keçmiş baş məşqçisi kimi məni də. Anlaşmaya əsasən, komandaya 2,5 ay rəhbərlik etdim. Mənim də vaxtım yox idi, çempionat gedirdi. Futbolçuları başqa bir baş məşqçi öz tələbləri əsasında yığmışdı. Mövcud materialla işləməli oldum. Amma əminəm ki, yaxşı iş gördük. Həmin vaxt həlli tezliklə lazım olan xeyli məsələ var idi. Bu zaman klub prezidenti Maqsud Adıgözəlovdan tutmuş klub əməkdaşları, məşqçilər heyəti, həkimlər, masajçılar, inzibatçılar, stadion əməkdaşları və ən əsası, futbolçular mənə kömək etdilər. Onların hamısına böyük minnətdarlığımı bildirirəm. Bilirsiniz ki, hazırda komandanın oyunlarını izləmək üçün elə də imkanım yoxdur. Fikir bildirmək və məsləhətlər verməkdən ötrü komandada və ya komandanın yanında olmalı, orada baş verənləri bilməlisən.

- Bu cür büdcə və keyfiyyətli heyətə rəğmən, komanda kifayət qədər uğursuz çıxış edir. Sizcə, "Sabah"a nə mane olur?
- Hazırda psixoloji durum elə də yaxşı deyil. Həm də qeyd etdiyim kimi, yerində olmadan məsləhətlər vermək çətindir.

- Uğursuzluq təqdirində, baş məşqçinin istefası müzakirə olunur. Necə düşünürsünüz, Visente Qomesin qovulması vəziyyətdən çıxış sayıla bilər?
- Əvvəla, mən qovulma sözünü işlətməzdim. İkincisi, gələcəkdə nə olacağını heç kim bilmir. Hazırda rəhbərlik Visente Qomesə dəstək verir. Deməli, bu, nəyəsə görədir. Zamanı tələsdirməyək, zaman göstərəcək! "Sabah" klubuna və Qomesə yalnız yaxşı işlər və qarşısında duran bütün məsələləri həll etməyi arzulayıram.

Son xəbərlər

Orphus sistemi