IOC: "FIFA-nın ideyası digər idman növlərinin inkişafını baltalayacaq"

IOC: "FIFA-nın ideyası digər idman növlərinin inkişafını baltalayacaq" Beynəlxalq Olimpiya Komitəsi (IOC) FIFA-nın dünya çempionatını 2 ildən bir keçirmək ideyasına qarşı çıxıb.
Futbol
17 Oktyabr , 2021 15:14
IOC: FIFA-nın ideyası digər idman növlərinin inkişafını baltalayacaq

Beynəlxalq Olimpiya Komitəsi (IOC) FIFA-nın dünya çempionatını 2 ildən bir keçirmək ideyasına qarşı çıxıb.

"Report" IOC-un rəsmi saytına istinadən xəbər verir ki, qurum bunun gələcəkdə ciddi problemlərə yol açacağından narahatlığını ifadə edib.

Bildirilib ki, mundialın 2 illik intervalla təşkili digər idman yarışları ilə toqquşmaya səbəb olacaq: "Bu, digər idman növlərinin müxtəlifliyini və inkişafını baltalayacaq. Kişilər arasında yarışların artması qadın futbolunun təbliğinə çətinliklər yaradacaq. Təqvimdəki intensivlik oyunçuların fiziki və zehni sağlamlığına daha çox təzyiq göstərəcək".

Qeyd edək ki, FIFA-nın sözügedən məsələni bu ilin dekabrında quruma üzv olan milli assosiasiyalar arasında səsverməyə çıxaracağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi