İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib

İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.
Futbol
5 Dekabr , 2024 17:06
İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

"Report"un məlumatına görə, bu barədə qurumun iclasında qərar qəbul edilib.

U-12 Liqasında "Kürdəmir " – "Çərəkə" (Göyçay) oyunu meydan sahiblərinin heyətində yetərsay olmadığına görə baş tutmayıb. Bu səbəbdən "Kürdəmir"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında "Karvan" (Yevlax) və "Antiguoko İnternational" komandalarının oyununda isə Yevlax təmsilçisi təyin edilən vaxtda meydanda çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

Son xəbərlər

Orphus sistemi