"İnter" "Yuventus" komandası ilə görüşdə qələbəni əldən verib

"İnter" "Yuventus" komandası ilə görüşdə qələbəni əldən verib İtaliya A Seriyasında IX turun mərkəzi görüşü "İnter" və "Yuventus" komandaları arasında keçirilib.
Futbol
334
25 Oktyabr , 2021 00:45
İnter Yuventus komandası ilə görüşdə qələbəni əldən verib

İtaliya A Seriyasında IX turun mərkəzi görüşü "İnter" və "Yuventus" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Milan şəhərindəki "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

Hesabı 17-ci dəqiqədə meydan sahiblərindən Edin Ceko açıb. 89-cu dəqiqədə isə qonaq komandadan Paulo Dibala penaltini dəqiq yerinə yetirərək, bərabərlik qolunu vurub. Referi Mauritsio Marianinin qərarına etiraz edən "nerazzurri"nin baş məşqçisi Simone İnzagi isə meydandan qovulub.

Bu nəticədən sonra "İnter" 18 xalla 3-cü, "Yuventus" 15 xalla 6-cı pillədə yer alıb.

Son xəbərlər

Orphus sistemi