"İnter" "Yuventus"u məğlub etdi

"İnter" "Yuventus"u məğlub etdi İtaliya A Seriyasında XVIII turun mərkəzi görüşü "İnter" və "Yuventus" komandaları arasında keçirilib.
Futbol
18 Yanvar , 2021 01:42
İnter Yuventusu məğlub etdi

İtaliya A Seriyasında XVIII turun mərkəzi görüşü "İnter" və "Yuventus" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Arturo Vidal 13-cü, Nikolo Barella 52-ci dəqiqədə vurub.

Bu nəticədən sonra xalını 40-a çatdıran "İnter" bir oyun az keçirən lider "Milan"a çatıb. "Yuventus" isə 33 xalla 5-cidir.

Son xəbərlər

Orphus sistemi