"İnter" yeni baş məşqçisini açıqladı

"İnter" yeni baş məşqçisini açıqladı O, mayın 26-da istefaya göndərilmiş Antonio Konteni əvəzləyib
Futbol
205
3 İyun , 2021 15:02
İnter yeni baş məşqçisini açıqladı
Simone İnzagi

İtaliyanın "İnter" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Report" Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda Simone İnzagiyə tapşırılıb.

45 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, bu postda mayın 26-da istefaya göndərilmiş Antonio Konteni əvəzləyib.

Qeyd edək ki, Simone İnzagi mayın 27-də "Latsio"dan ayrılıb. O, 2016-cı ildən paytaxt klubunda işləyib. "İnter" 2020/2021 mövsümündə A Seriyasının çempionu olub.

Son xəbərlər

Orphus sistemi