"İnter" Xorvatiya millisinin futbolçusu ilə müqaviləni uzadır

"İnter" Xorvatiya millisinin futbolçusu ilə müqaviləni uzadır İtaliya "İnter"i futbolçusu Marselo Brozoviçlə yeni müqavilə imzalayacaq.
Futbol
28 Noyabr , 2021 12:25
İnter Xorvatiya millisinin futbolçusu ilə müqaviləni uzadır

İtaliya "İnter"i futbolçusu Marselo Brozoviçlə yeni müqavilə imzalayacaq.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tvitter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, tərəflər sözləşmə müddətinin uzadılması ilə bağlı razılığa gəliblər. Anlaşmaya əsasən, xorvatiyalı yarımmüdafiəçi 2025-ci ilin yayınadək Milan təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, cari mövsüm "İnter"in heyətində 18 oyun keçirən 29 yaşlı futbolçu 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi