"İnter" səfərdə "Atalanta"nı məğlub edib

"İnter" səfərdə "Atalanta"nı məğlub edib İtaliya A Seriyasının 38-ci turunun son matçında "Atalanta" "İnter"i qəbul edib.
Futbol
2 Avqust , 2020 00:57
İnter səfərdə Atalantanı məğlub edib

İtaliya A Seriyasının 38-ci turunun son matçında "Atalanta" "İnter"i qəbul edib.

“Report” xəbər verir ki, görüş Berqamoda "Atleti Adzurri" stadionunda keçirilib və qonaqların 2:0 hesablı qələbəsi ilə qurtarıb.

"İnter" hesabı elə birinci dəqiqədə açıb. Müdafiəçi Danilo D Ambrozio dəqiq zərbə ilə fərqlənib. Birinci hissənin ortalarında müdafiəçi Eşli Yanq Milan komandasının üstünlüyünü bir qədər də artırıb - 2:0.

"İnter" bu qələbədən sonra İtaliyanın futbol çempionatında ikinci pilləyə yüksəlib, komanda artıq 8 oyundur məğlub olmur.  

Son xəbərlər

Orphus sistemi