"İnter" növbəti qələbə ilə liderliyini möhkəmlətdi

"İnter" növbəti qələbə ilə liderliyini möhkəmlətdi "İnter" komandası İtaliya A Seriyasında XXV turun oyununu keçirib.
Futbol
5 Mart , 2021 01:49
İnter növbəti qələbə ilə liderliyini möhkəmlətdi

"İnter" komandası İtaliya A Seriyasında XXV turun oyununu keçirib.

"Report"un məlumatına görə, Antonio Kontenin baş məşqçi olduğu kollektiv "Parma"nın qonağı olub. Görüş meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb - 1:2. Qolların hamısı ikinci hissəyə təsadüf edib. Aleksis Sançesin 54 və 62-ci dəqiqələrdə vurduğu toplara Ernani 71-ci dəqiqədə təsəlli qolu ilə cavab verib.

Bu qələbədən sonra xalını 59-a çatdıran "İnter" liderliyini möhkəmlədib və ən yaxın izləyicisi "Milan"ı 6 xal geridə qoyub. "Parma" isə 15 xalla 19-cudur.

Son xəbərlər

Orphus sistemi