"İnter" klubu Erikseni transferə çıxardı

"İnter" klubu Erikseni transferə çıxardı İtaliya "İnter"inin baş direktoru Cuzeppe Marotta danimarkalı futbolçu Kristian Eriksenin transferə çıxarıldığını açıqlayıb.
Futbol
24 Dekabr , 2020 17:07
İnter klubu Erikseni transferə çıxardı
Kristian Eriksen

İtaliya "İnter"inin baş direktoru Cuzeppe Marotta danimarkalı futbolçu Kristian Eriksenin transferə çıxarıldığını açıqlayıb.

"Report"un məlumatına görə, "Sky Italy" nəşrinə danışan klub rəsmisi bunun cəza ilə bağlı olmadığını bildirib.

Marottanın sözlərinə görə, 28 yaşlı futbolçu Milan təmsilçisinin oyun üslubuna uyğun gəlmir. O, oyunçunun ehtiyatda qalmayacağı komandaya keçidinin daha yaxşı qərar ola biləcəyini söyləyib.

Qeyd edək ki, Kristian Eriksen 2020/2021 mövsümündə "İnter"in heyətində 12 oyun keçirib. Yarımmüdafiəçi bu matçlarda heç nə ilə yadda qalmayıb.

Son xəbərlər

Orphus sistemi