“İnter” İtaliya kubokunun qalibi olub

“İnter” İtaliya kubokunun qalibi olub “Yuventus” və “İnter” futbol komandaları arasında İtaliya kubokunun final oyunuı keçirilib.
Futbol
222
12 May , 2022 01:57
“İnter” İtaliya kubokunun qalibi olub

“Yuventus” və “İnter” futbol komandaları arasında İtaliya kubokunun final oyunu keçirilib.

“Report” xəbər verir ki, Romadakı "Olimpiko" stadionunda baş tutan qarşılaşma “İnter”in 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Nikolo Barella (7-ci dəqiqə), Hakan Çalxanoğlu (80-ci dəqiqə, penalti), İvan Perişiç (99-cu dəqiqə penaltidən və 102-ci dəqiqə) fərqləniblər. “Yuventus”un qollarını Aleks Sandro (50), Duşan Vlaxoviç (53) vurub. Qarşılaşmanın 104-cü dəqiqəsində hakim "Yuventus"un baş məşqçisi Massimiliano Alleqrini meydandan qovub.

Qeyd edək ki, “Yuventus” və “İnter” İtaliya kubokunun finalında ümumilikdə üç dəfə qarşılaşıblar, bundan əvvəlki iki görüşdə Turin komandası qalib gəlib. Ümumilikdə komandalar turnirdə 33 oyun keçirib. Qarşılaşmanların 15-də "Yuventus", 11-də "İnter" qalib gəlib, 8 matç heç-heçə ilə bitib.

“İnter” bununla səkkizinci dəfə İtaliya kubokunun qalibi olub. Komanda daha əvvəl 1939, 1978, 1982, 2005, 2006, 2010 və 2011-ci illərdə kuboku qazanıb. “Yuventus” 14 dəfə İtaliya kubokunu qazanıb, bu rekord nəticədir.

Son xəbərlər

Orphus sistemi