"İnter"in transferdəki əsas hədəfi müəyyənləşdi

"İnter"in transferdəki əsas hədəfi müəyyənləşdi İtaliyanın "İnter" klubunun yay transfer dönəmindəki əsas hədəfi bəlli olub.
Futbol
15 Avqust , 2020 13:44
İnterin transferdəki əsas hədəfi müəyyənləşdi

İtaliyanın "İnter" klubunun yay transfer dönəmindəki əsas hədəfi bəlli olub. 

"Report" "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisi İngiltərənin "Çelsi" komandasında çıxış edən N Qolo Kanteni heyətinə qatmaq niyyətindədir. 

"Zadəganlar" "İnter"in baş məşqçisi Antonio Kontenin maraqlandığı 29 yaşlı yarımmüdafiəçi üçün təklifləri nəzərdən keçirməyə hazırdır. 

Bu mövsüm Kante "Çelsi"nin heyətində 22 oyuna 3 qol vurub. O, London klubuna 2016-cı ilin yayında İngiltərə "Lester"indən keçib. Təcrübəli futbolçu Fransanın "Kan" və "Bulon" komandalarında da forma geyinib və ölkə yığmasının heyətində 39 oyuna 1 qol vurub.

Qeyd edək ki, N Qolo Kante "Çelsi" və "Lester"in heyətində İngiltərə çempionu, "zadəganlar"ın heyətində Avropa Liqasının və ölkə kubokunun qalibi, Fransa millisi ilə isə dünya çempionu olub. 

Son xəbərlər

Orphus sistemi