"İnter"in qapıçısı koronavirusa yoluxdu

"İnter"in qapıçısı koronavirusa yoluxdu İtaliyanın "İnter" klubunun oyunçusu Samir Handanoviçdə koronavirus aşkarlanıb.
Futbol
17 Mart , 2021 22:52
İnterin qapıçısı koronavirusa yoluxdu
Samir Handanoviç

İtaliyanın "İnter" klubunun oyunçusu Samir Handanoviçdə koronavirus aşkarlanıb.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist Canluici Lonqari tvitter səhifəsində paylaşım edib.

Sloveniyalı qapıçının bu gün səhər verdiyi testin nəticəsi müsbət çıxıb. Karantinə göndərilən 37 yaşlı qolkiper martın 20-də "Sassuolo" ilə A Seriyasının XXVIII turunun oyununu buraxacaq.

Qeyd edək ki, Samir Handanoviç bu mövsüm "İnter"in heyətində ölkə çempionatında 27 oyun keçirib və 26 qol buraxıb.

Son xəbərlər

Orphus sistemi