"İnter"in məşqçisi qəzada ağır xəsarət aldı

"İnter"in məşqçisi qəzada ağır xəsarət aldı İtaliyanın "İnter" klubunun qapıçılarla işləyən məşqçisi Adriano Bonayuti qəza keçirib.
Futbol
25 Avqust , 2020 09:00
İnterin məşqçisi qəzada ağır xəsarət aldı
Adriano Bonayuti

İtaliyanın "İnter" klubunun qapıçılarla işləyən məşqçisi Adriano Bonayuti qəza keçirib. 

"Report" "Il Resto del Carlino" nəşrinə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis velosipedlə Toyota Rav4 markalı avtomobilin arxasına çırpılıb. 

O, toqquşma nəticəsində maşının arxa şüşəsini sındırıb və ağır xəsarət alıb. Bonayuti xəstəxanaya yerləşdirilib, həkimlər onun sınıq xəsarətləri aldığından şübhələnir. 

Qeyd edək ki, Adriano Bonayuti 2013-cü ildən "İnter"də işləyir. 

Son xəbərlər

Orphus sistemi