"İnter" argentinalı hücumçu ilə müqaviləni uzadıb

"İnter" argentinalı hücumçu ilə müqaviləni uzadıb İtaliya "İnter"i futbolçusu Lautaro Martineslə yeni müqavilə imzalayıb.
Futbol
259
28 Oktyabr , 2021 21:14
İnter argentinalı hücumçu ilə müqaviləni uzadıb
Lautaro Martines

İtaliya "İnter"i futbolçusu Lautaro Martineslə yeni müqavilə imzalayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı hücumçunun sözləşməsinin müddəti 2026-cı ilin iyununadək uzadılıb.

İtaliyalı jurnalist Fabritsio Romanonun iddiasına görə, müqavilədən 111 milyon avroluq təzminat məbləği ilə bağlı bənd çıxarılıb.

Qeyd edək ki, 24 yaşlı forvardın Milan təmsilçisi ilə hazırkı sözləşməsi 2023-cü ilin yayında başa çatmalı idi. Lautaro Martines "İnter"ə 2018-ci ilin yayında ölkəsinin "Rasinq" klubundan keçib.

Son xəbərlər

Orphus sistemi