“İnter” ardıcıl ikinci dəfə İtaliya Superkubokunu qazanıb

“İnter” ardıcıl ikinci dəfə İtaliya Superkubokunu qazanıb İtaliya Superkubokunda “Milan”ı 3:0 hesabı ilə yenən “İnter” ardıcıl ikinci dəfə kuboku qazanıb.
Futbol
18 yanvar 2023 21:32
“İnter” ardıcıl ikinci dəfə İtaliya Superkubokunu qazanıb

İtaliya Superkubokunda “Milan”ı 3:0 hesabı ilə yenən “İnter” ardıcıl ikinci dəfə kuboku qazanıb.

“Report” xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Fəhd adına Beynəlxalq Stadionda keçirilib.

Qolları Federiko Dimarko (10-cu dəqiqə), Edin Ceko (21) və Lautaro Martines (77) vurub.

“Milan” ölkə çempionu, “İnter” isə ölkə kubokunun sahibi kimi Superkubok matçında oynamaq hüququ əldə edib.

İtaliya Superkuboku 1988-ci ildən keçirilir, ən titullu komanda 9 qələbəsi olan Turinin “Yuventus”udur.

“İnter” yeddinci dəfə İtaliya Superkubokunu qazanıb və bu göstəriciyə görə “Milan”la ikinci yeri paylaşır.

Son xəbərlər

Orphus sistemi