"İnter" 17 gün əvvəl satdığı hücumçunu yarım milyon avro bahasına aldı

"İnter" 17 gün əvvəl satdığı hücumçunu yarım milyon avro bahasına aldı İtaliya futbolunda maraqlı transfer hadisəsi baş verib.
Futbol
19 Sentyabr , 2020 13:00
İnter 17 gün əvvəl satdığı hücumçunu yarım milyon avro bahasına aldı
Andrea Pinamonti

İtaliya futbolunda maraqlı transfer hadisəsi baş verib.

"Report" xəbər verir ki, "İnter" bir müddət öncə 19,5 milyon avroya "Cenoa"ya satdığı Andrea Pinamontini 17 gündən sonra 20 milyon avro qarşılığında transfer edib.

Əvvəlcə Genuya təmsilçisi 2019/2020 mövsümünün əvvəlində icarəyə götürdüyü 21 yaşlı hücumçunun müqaviləsindəki bəndi əsas tutaraq onu birdəfəlik alıb. Milan klubu isə sözləşmədəki gerialma maddəsi ilə italiyalı forvardı komandaya qaytarıb.

Qeyd edək ki, İtaliyanın U-20 millisinin də formasını geyinən Andrea Pinamonti "İnter"in yetirməsidir.

Son xəbərlər

Orphus sistemi