İngiltərədə çıxış etmiş futbolçu atışma zamanı yaralandı

İngiltərədə çıxış etmiş futbolçu atışma zamanı yaralandı İngiltərə Premyer Liqasının keçmiş futbolçusu Cermeyn Conson Yamaykada güllə yarası alıb.
Futbol
708
6 Sentyabr , 2020 01:12
İngiltərədə çıxış etmiş futbolçu atışma zamanı yaralandı
Cermeyn Conson

İngiltərə Premyer Liqasında çıxış etmiş futbolçusu Cermeyn Conson Yamaykada güllə yarası alıb.

"Report" “Daily Mail”ə istinadən xəbər verir ki, 40 yaşlı keçmiş hücumçu Kinqston küçələrində baş vermiş atışma zamanı qarnından yaralanıb.

Naməlum şəxslərin avtomobildən açdıqları atəş nəticəsində Consonla yanaşı, daha bir neçə nəfər yaralanıb. Sabiq futbolçu xəstəxanaya çatdırılıb.

Consonun hadisə zamanı olduğu ərazi Kinqstonda cinayətkarlığın yüksək səviyyəsi ilə seçilir. Qeyd edilir ki, hücum ölkədə parlament seçkilərində səsvermədən sonra olub.

Qeyd edək ki, "Bolton Uonderers" komandasında çıxış etmiş Cermeyn Consonun aktivində 12 matç var. O, milli komandanın heyətində 73 oyun keçirib. Conson həmçinin digər komandalarda da çıxış edib.

Son xəbərlər

Orphus sistemi