İngiltərəli hücumçu UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

İngiltərəli hücumçu UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib İngiltərənin "Aston Villa" klubunun argentinalı hücumçusu Morqan Rodcers azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Futbol
30 Yanvar , 2025 20:15
İngiltərəli hücumçu UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

İngiltərənin "Aston Villa" klubunun hücumçusu Morqan Rocers azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Liqa mərhələsinin VIII turunda "Seltik"lə (Şotlandiya) görüşdə (4:2) het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.

Qeyd edək ki, 22 yaşlı ingiltərəli oyunçu səsvermədə Antuan Qrizmann ("Atletiko", İspaniya), Usman Dembele (PSJ, Fransa) və Lautaro Martinesi (“İnter”, İtaliya) qabaqlayıb.

Son xəbərlər

Orphus sistemi