İngiltərəli futbolçu "Liverpul"un tarixinə düşüb

İngiltərəli futbolçu "Liverpul"un tarixinə düşüb "Liverpul"un futbolçusu Cordan Henderson İngiltərə klubunun tarixinə düşüb.
Futbol
204
15 May , 2022 10:33
İngiltərəli futbolçu Liverpulun tarixinə düşüb

"Liverpul"un futbolçusu Cordan Henderson İngiltərə klubunun tarixinə düşüb.

"Report"un məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Mersisayd təmsilçisində 6 fərqli titul əldə edən ilk kapitan olub.

Yurgen Kloppun baş məşqçi olduğu komanda son olaraq İngiltərə Kubokunun finalında "Çelsi"ni əsas və əlavə vaxtı qolsuz başa çatan görüşün penaltilər seriyasında 6:5 hesabı ilə üstələyib.

Qeyd edək ki, Henderson daha əvvəl "Liverpul"la İngiltərə Premyer Liqasını, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu, İngiltərə Liqa Kubokunu və klublararası dünya çempionatını qazanıb.

Son xəbərlər

Orphus sistemi