İngiltərəli futbolçu göldə batdı

İngiltərəli futbolçu göldə batdı Son olaraq "Detroyt Siti"də çıxış etmiş ingiltərəli forvardın dostları ilə görüşmək üçün həmin bölgəyə getdiyi bildirilir
Futbol
6 İyul , 2020 10:27
İngiltərəli futbolçu göldə batdı
Derrik Otim

İngiltərənin "Notingem Forest" klubunun sabiq futbolçusu Derrik Otim bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report" klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Keovi gölündə üzərkən batıb.

Son olaraq "Detroyt Siti"də çıxış etmiş ingiltərəli forvardın dostları ilə görüşmək üçün həmin bölgəyə getdiyi bildirilir.

Qeyd edək ki, son 25 ildə Keovi gölündə 32 insan boğulub. Bu səbəbdən 2018-ci ildə ona ən ölümcül göl adı verilib.

Son xəbərlər

Orphus sistemi