İngiltərədə qalib müəyyənləşməyib, "Marsel" səfərdə uduzub

İngiltərədə qalib müəyyənləşməyib, "Marsel" səfərdə uduzub UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Futbol
317
29 Aprel , 2022 00:56
İngiltərədə qalib müəyyənləşməyib, Marsel səfərdə uduzub

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

"Report"un məlumatına görə, turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırmış Fransa "Marsel"i Niderlandda "Feyenoord"la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 18-ci dəqiqədə Amsterdam təmsilçisindən Siril Dessers açıb. 20-ci dəqiqədə Luis Sinisterra fərqi 2 topa çatdırıb. 8 dəqiqə sonra qonaqlardan Bamba Dyenq buraxılan qollardan birinin əvəzini çıxıb. 40-cı dəqiqədə Jerson Santos hesabı bərabərləşdirib. 46-cı dəqiqədə fərqlənən Dessers özünün 2-ci, komandasının isə qələbə qolunu vurub.

Gecənin digər matçında İtaliya "Roma"sı İngiltərədə "Lester"in qonağı olub. Qarşılaşmada qalib müəyyənləşməyib. "Canavarlar"ın heyətində Lorentso Pelleqrininin 15-ci dəqiqədə vurduğu qola "tülkülər" 67-ci dəqiqədə Ademalo Lukmanla cavab veriblər.

UEFA Konfrans Liqası, yarımfinal

İlk oyunlar

28 aprel

23:00. "Feyenoord" (Niderland) - "Marsel" (Fransa) - 3:2

Qollar: Siril Dessers, 18; 46 Luis Sinisterra, 20 - Bamba Dyenq, 28. Jerson Santos, 40

Baş hakim: Maykl Oliver (İngiltərə)

23:00. "Lester" (İngiltərə) - "Roma" (İtaliya) - 1:1

Qollar: Ademalo Lukman, 67 - Lorentso Pelleqrini, 15

Baş hakim: Karlos del Serro (İspaniya)

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 5-də gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi