Millimizlə oyundan əvvəl Portuqaliya yığmasının problemi həll olundu

Millimizlə oyundan əvvəl Portuqaliya yığmasının problemi həll olundu Portuqaliya millisinin İngiltərə Premyer Liqasında çıxış edən futbolçularının DÇ-2022-nin seçmə mərhələ oyunları üçün yığmanın düşərgəsinə qoşulmasında problem olmayacaq
Futbol
5 Mart , 2021 13:18
Millimizlə oyundan əvvəl Portuqaliya yığmasının problemi həll olundu

Portuqaliya millisinin İngiltərə Premyer Liqasında çıxış edən futbolçularının DÇ-2022-nin seçmə mərhələ oyunları üçün yığmanın düşərgəsinə qoşulmalarında problem olmayacaq.

"Report" "A Bola" nəşrinə istinadən xəbər verir ki, Azrəbaycanla matçın İtaliyaya salınması "Liverpul"un hücumçusu Diequ Jota və "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeşin komandaya yolunu açıb.

Koronavirus testi mənfi çıxmış milli üzvləri klublarından birbaşa Turinə, oradan isə əvvəlcə Serbiyaya, sonra Lüksemburqa yollanacaqlar.

Portuqaliya koronavirus pandemiyasının ən çox yayıldığı ölkələrdən biri olduğu üçün "qırmızı zona" hesab olunur. Bu ölkəyə gedən futbolçular klublarına qayıtdıqdan sonra 10 gün karantində qalmalı idilər. Bu səbəbdən "Liverpul" və "Mançester Yunayted" komandaları portuqaliyalı oyunçuların yığmaya gedişinə icazə vermək istəmirdi.

Qeyd edək ki, Portuqaliya millisi martın 24-də İtaliya "Yuventus"una məxsus stadionda Azərbaycanla qarşılaşacaq. 3 gün sonra Serbiyanın qonağı olacaq pireneylilər martın 30-da isə səfərdə Lüksemburqla üz-üzə gələcəklər.

Son xəbərlər

Orphus sistemi