İngiltərədə mövsümün ən yaxşı qolu bəlli oldu

İngiltərədə mövsümün ən yaxşı qolu bəlli oldu İngiltərə Premyer Liqasında 2019/2020mövsümün ən yaxşı qolu açıqlanıb.
Futbol
474
13 Avqust , 2020 13:48
İngiltərədə mövsümün ən yaxşı qolu bəlli oldu
Son Hın Min

İngiltərə Premyer Liqasında 2019/2020 mövsümün ən yaxşı qolu açıqlanıb. 

"Report" yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, "Tottenhem"in futbolçusu Son Hın Minin 16-cı turdakı dəqiq zərbəsi ən yaxşı adına layiq görülüb. 

28 yaşlı cənubi koreyalı hücumçu "Börnli" ilə matçda baxımlı qola imza atıb. Forvard meydanın komandasına aid hissəsində topu alıb və altı rəqibini keçərək fərqlənə bilib. 

Qeyd edək ki, qarşılaşma  "Tottenhem"in 5:0 hesablı qələbəsi ilə yükunlaşıb. Son Hın Min 2015-ci ildən  "Tottenhem"də çıxış edir. 

Son xəbərlər

Orphus sistemi