İngiltərədə daha çox futbolçusu peyvənd olunan klublara mükafat veriləcək

İngiltərədə daha çox futbolçusu peyvənd olunan klublara mükafat veriləcək İngiltərə Premyer Liqasında ən çox futbolçusu peyvənd olunan klublar mükafatlandırılacaq.
Futbol
29 Sentyabr , 2021 14:09
İngiltərədə daha çox futbolçusu peyvənd olunan klublara mükafat veriləcək

İngiltərə Premyer Liqasında daha çox futbolçusu peyvənd olunan klublar mükafatlandırılacaq.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, Premyer Liqa rəhbərliyi oyunçuların aşılanmasının yavaş tempdə davam etməsindən narahatdır.

Klublara ən yüksək mükafatın təqdim olunacağı ilə bağlı məktub ünvanlanıb. Çempionatda yalnız 7 klubun oyunçularının 50 faizdən çoxuna peyvənd vurulub.

Nəşr bildirib ki, aşılanan futbolçuların sayından asılı olaraq, klublara koronavirusla bağlı qaydaları yumşaltmaq təklif olunacaq.

Son xəbərlər

Orphus sistemi