İngiltərədə azarkeşlər irqçiliyə görə sərt cəzalanacaqlar

İngiltərədə azarkeşlər irqçiliyə görə sərt cəzalanacaqlar İngiltərədə sosial şəbəkələrdə futbolçulara qarşı irqçi və təhqiramiz ifadələr işlədən şəxslərin 10 ilədək stadionlara girişinə qadağa qoyulması məsələsi müzakirə olunur.
Futbol
26 dekabr 2021 07:52
İngiltərədə azarkeşlər irqçiliyə görə sərt cəzalanacaqlar

İngiltərədə sosial şəbəkələrdə futbolçulara qarşı irqçi və təhqiramiz ifadələr işlədən şəxslərin 10 ilədək stadionlara girişinə qadağa qoyulması məsələsi müzakirə olunur.

"Report"un "Sky Sports"a istinadən məlumatına görə, Britaniyanın daxili işlər naziri Priti Patel bununla bağlı qanun irəli sürüb.

Dövlət rəsmisi bu cür halların yolverilməz olduğunu bildirib: "İrqçilik qəbuledilməzdir, futbol çox uzun müddətdir ki, bu utancverici mühakimələrlə ləkələnib. İnsanlar onlayn fəaliyyətlərinə görə cavabdeh olmalıdırlar. Təklif olunan düzəlişlər qanunu pozanların futbol matçlarına getməsini qadağan edəcək".

Son xəbərlər

Orphus sistemi