İspaniya və Polşadan böyük hesablı qələbə, Ermənistan darmadağın olub

İspaniya və Polşadan böyük hesablı qələbə, Ermənistan darmadağın olub Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində V tura yekun vurulub.
Futbol
3575
6 Sentyabr , 2021 00:42
İspaniya və Polşadan böyük hesablı qələbə, Ermənistan darmadağın olub

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində V tura yekun vurulub.

"Report"un məlumatına görə, ikinci oyun günündə 5 qrupda 12 qarşılaşma baş tutub.

B qrupunda İspaniya millisi Gürcüstanı böyük hesabla məğlub edib. Yunanıstan isə səfərdə Kosovo ilə heç-heçə edib.

C qrupunda Avropa çempionu İtaliya millisi səfərdə İsveçrə ilə üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu matçda qonaq komandadan Jorjinyo penaltidən fərqlənə bilməyib. Bolqarıstan isə Litvanı minimal hesabla məğlubiyyətə uğradıb.

I qrupunda mübarizə aparan İngiltərə Andorraya 4 cavabsız qolla qalib gəlib. Bu qrupun digər oyunlarında Polşa səfərdə San Marinonun qapısından 7 top keçirib, Albaniya evdə Macarıstanı minimal hesabla yenməyi bacarıb.

J qrupunda isə Almaniya Ermənistanı darmadağın edib - 6:0. Qrupun digər qarşılaşmalarına gəldikdə, Rumıniya Lixtenşteyn üzərində inamlı qələbə qazanıb. İslandiya - Şimali Makedoniya görüşündə isə məhsuldar heç-heçə qeydə alınıb.

DÇ-2022, seçmə mərhələ
V tur

B qrupu

22:45. İspaniya - Gürcüstan - 4:0

Qollar: Xose Luis Qayya, 14. Karlos Soler, 25. Ferran Torres, 41. Pablo Sarabiya, 63

22:45. Kosovo - Yunanıstan - 1:1

Qollar: Vedat Muriki, 90+2 - Anastasios Duvikas, 45+2

Xal durumu: İspaniya - 10 (5 oyuna) İsveç - 9 (3), Kosovo - 4 (4) Yunanıstan - 3 (3), Gürcüstan - 1, (5)

C qrupu

20:00. Bolqarıstan - Litva - 1:0

Qol: İvaylo Çoçev, 82

Qırmızı vərəqə: Nikolay Mixaylov, 83 (Bolqarıstan)

22:45. İsveçrə - İtaliya - 0:0

İstifadə olunmamış penalti: Jorjinyo, 53 (İtaliya)

Xal durumu: İtaliya - 11 (5 oyuna), İsveçrə - 7 (3), Bolqarıstan - 5 (5 oyuna), Şimali İrlandiya - 4 (3), Litva - 0 (4)

E qrupu

17:00. Belarus - Uels - 2:3

Qollar: Vitali Lisakoviç, 29 (pen.). Pavel Sedko, 30 - Qaret Beyl, 5; 69 (hər ikisi pen.). 90+3

22:45. Belçika - Çexiya - 3:0

Qollar: Romelu Lukaku, 8. Eden Azar, 41. Aleksis Salemakers, 65

Xal durumu: Belçika - 13 (5 oyuna), Çexiya - 7 (5), Uels - 6 (3), Belarus - 3 (4), Estoniya - 0 (3)

I qrupu

20:00. Albaniya - Macarıstan - 1:0

Qol: Armando Broya, 87

20:00. İngiltərə - Andorra - 4:0

Qollar: Cessi Linqard, 18; 78, Harri Keyn, 72 (penalti), Bukayo Saka, 84

22:45. San Marino - Polşa - 1:7

Qollar: Nikola Nanni, 48 - Robert Levandovski, 5; 21, Karol Sviderski, 16, Karol Linetti, 44, Adam Buksa, 67; 90+2; 90+4

Xal durumu: İngiltərə - 15, Polşa - 10, Albaniya - 9, Macarıstan - 7, Andorra - 3, San Marino - 0

J qrupu

20:00. İslandiya - Şimali Makedoniya - 2:2

Qollar: Brinyar İngi Byarnason, 78, Andri Qudyonsen, 84 - Darkon Velkovski, 12, Ezcan Alioski, 54

22:45. Rumıniya - Lixtenşteyn - 2:0

Qollar: Alin Toşka, 11, Kristian Manya, 18

22:45. Almaniya - Ermənistan - 6:0

Qollar: Serj Qnabri, 6; 15, Marko Roys, 35, Timo Verner, 45, Yonas Hofmann, 52, Kərim Adeymi, 90+1

Xal durumu: Almaniya - 12, Ermənistan - 10, Rumıniya - 9, Şimali Makedoniya - 8, İslandiya - 4, Lixtenşteyn - 0/

Son xəbərlər

Orphus sistemi