İngiltərə Premyer Liqasının yeni lideri məlum oldu

İngiltərə Premyer Liqasının yeni lideri məlum oldu İngiltərə Premyer Liqasının 20-ci turunda “Vest Bromviç Albion” doğma meydanında “Mançester Siti”ni qəbul edib
Futbol
27 Yanvar , 2021 06:48
İngiltərə Premyer Liqasının yeni lideri məlum oldu

İngiltərə Premyer Liqasının 20-ci turunda “Vest Bromviç Albion” doğma meydanda “Mançester Siti”ni qəbul edib.

“Report” xəbər verir ki, görüş “şəhərlilər"in böyük hesablı ilə qələbəsi başa çatıb. "Mançester Siti" rəqib qapısından 5 cavabsız top keçirib.

Topları rəqib qapısından İlkay Gündoğan (dubl), Joau Kanselu, Riyad MarezRahim Sterlinq keçiriblər.

Beləliklə, "Mançester Siti" Premyer Liqada ardıcıl yeddinci qələbəsini qazanaraq, turnir cədvəlinin birinci pilləsinə qalxıb. “Vest Bromviç” isə 19 yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi