İngiltərə Premyer Liqasında koronavirusa yoluxma aşkarlandı

İngiltərə Premyer Liqasında koronavirusa yoluxma aşkarlandı İngiltərə Premyer Liqası koronavirus testinin son nəticələri haqqında hesabat verib.
Futbol
15 Sentyabr , 2020 01:56
İngiltərə Premyer Liqasında koronavirusa yoluxma aşkarlandı

İngiltərə Premyer Liqası koronavirus testinin son nəticələri haqqında hesabat verib.

“Report”un məlumatına görə, bu barədə liqanın mətbuat xidmətinə istinadən “RİA Novosti” agentliyi bildirib.

Qeyd edilir ki, yoxlama sentyabrın 7-dən 13-dək aparılıb. Futbolçular, məşqçilər və Premyer Liqa klublarının əməkdaşları arasında ümumilikdə 2 131 test keçirilib. Test zamanı dörd nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Təhlükəli infeksiyaya yoluxanların adları açıqlanmır.

Premyer Liqanın mətbuat xidməti iddia edib ki, COVID-19-a yoluxanlar on gün müddətinə təcrid edilib.

Son xəbərlər

Orphus sistemi