İngiltərə Premyer Liqasında COVID-19-a yoluxma kəskin artıb

İngiltərə Premyer Liqasında COVID-19-a yoluxma kəskin artıb İngiltərə Premyer Liqasında koronavirusa yoluxma hallarının sayında kəskin artım qeydə alınıb.
Futbol
14 Dekabr , 2021 02:43
İngiltərə Premyer Liqasında COVID-19-a yoluxma kəskin artıb

İngiltərə Premyer Liqasında koronavirusa yoluxma hallarının sayında kəskin artım qeydə alınıb.

Bu barədə “Report” Premyer Liqanın saytına istinadən xəbər verir.

Məlumata görə, dekabrın 6-dan 12-dək olan müddətdə 42 nəfərin koronavirus testinin nəticəsi müsbət olub.

Qeyd edilir ki, koronavirus testindən ümumilikdə 3 805 futbolçu və klub işçisi keçib. Virusa yoluxmuş şəxslərin adları, klubları və şəxsiyyətləri açıqlanmır.

Son xəbərlər

Orphus sistemi