İngiltərə Premyer Liqasında 8 yeni yoluxma aşkarlandı

İngiltərə Premyer Liqasında 8 yeni yoluxma aşkarlandı İngiltərə Premyer Liqası klublarında koronavirusa 8 yeni yoluxma halı qeydə alınıb.
Futbol
677
19 Oktyabr , 2020 23:16
İngiltərə Premyer Liqasında 8 yeni yoluxma aşkarlandı

İngiltərə Premyer Liqası klublarında koronavirusa 8 yeni yoluxma halı qeydə alınıb.

"Report"un yarışın rəsmi saytına istinadən məlumatına görə, bu, ötən həftə ərzində aparılmış növbəti yoxlama nəticəsində üzə çıxıb. Testdən ümumilikdə 1575 nəfər keçib. Yoluxanların hamısı 10 gün müddətinə təcrid olunublar. Adları açıqlanmayan şəxslər həftədə iki dəfə test verəcəklər.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada ümumilikdə 32 yoluxma baş verib.

Son xəbərlər

Orphus sistemi