İngiltərə Premyer Liqası: “Mançester Siti” “İpsviç”i darmadağın edib

İngiltərə Premyer Liqası: “Mançester Siti” “İpsviç”i darmadağın edib İngiltərə Premyer Liqasının 22-ci turunda “Mançester Siti” “İpsviç”i qəbul edib.
Futbol
19 Yanvar , 2025 22:48
İngiltərə Premyer Liqası: “Mançester Siti” “İpsviç”i darmadağın edib

İngiltərə Premyer Liqasının XXII turunda “Mançester Siti” “İpsviç”i qəbul edib.

“Report” xəbər verir ki, “Portman Road”da reallaşan matçı Samuel Berrot idarə edib.

Oyunda hesab 27-ci dəqiqədə açılıb: ingiltərəli Fil Foden “şəhərlilər”in ilk qolunu vurub. Növbəti qol cəmi üç dəqiqə sonra qeydə alınıb. Bu dəfə Mateo Kovaçiç Fil Fodenin ötürməsindən maksimum yararlanıb. Birinci hissədə sonuncu qol 42-ci dəqiqədə vurulub: Fil Foden Kevin De Bruynenin ötürməsindən sonra dubla imza atıb.

Xosep Qvardiolanın yetirmələrinin "qol yağışı" ikinci hissədə də davam edib. 49-cu dəqiqədə Ceremi Doku qolların sayını 4-ə çatdırıb. Belçikalıya dəqiq ötürməni onun həmvətəni Kevin De Bruyne verib. 57-ci dəqiqədə qonaqların bombardiri Erlinq Holann Dokunun ötürməsini dəyərləndirib. Matçda son nöqtəni isə Kovaçiçin ötürməsindən sonra 69-cu dəqiqədə Ceyms Makti qoyub.

Beləliklə, “İpsviç” doğma meydanda “Mançester Siti”yə 0:6 hesabı ilə məğlub olub.

Bu qələbə ilə xallarını 38-ə çatdıran “şəhərlilər” turnir cədvəlində 4-cü pilləyə yüksəlib. “İpsviç” isə 18-ci pillədə qərarlaşıb. Liqada qalmaq uğrunda mübarizə aparan “traktorçular”ın cəmi 16 xalı var.

Xatırladaq ki, daha əvvəl “Mançester Yunayted” öz meydanında “Brayton”a məğlub olmuşdu. Eyni aqibətlə “Tottenhem” və “Sauthempton” da üzləşib.

Son xəbərlər

Orphus sistemi