İngiltərə Premyer Liqası: “Liverpul” - “Çelsi” oyununda qalib müəyyənləşməyib

İngiltərə Premyer Liqası: “Liverpul” - “Çelsi” oyununda qalib müəyyənləşməyib İngiltərə Premyer Liqasının üçüncü turu çərçivəsində “Liverpul” “Çelsi”ni qəbul edib.
Futbol
28 Avqust , 2021 22:57
İngiltərə Premyer Liqası: “Liverpul” - “Çelsi” oyununda qalib müəyyənləşməyib

İngiltərə Premyer Liqasının üçüncü turu çərçivəsində “Liverpul” “Çelsi”ni qəbul edib.

“Report” xəbər verir ki, “Enfild” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qarşılaşmada hesab 22-ci dəqiqədə açılıb. Kay Havers “Çelsi” azarkeşlərini sevindirib. “Liverpul” qarşılaşmanın son dəqiqələrində məğlubiyyətdən xilas ola bilib. Belə ki, Məhəmməd Salah (45+4) komandasının bərabəlik qolunu vurub.

“Liverpul” və “Çelsi” üç turdan sonra 7 xal toplayıblar. Qeyd edək ki, bu, “Everton” və “Vest Hem”in xallarının sayına bərabərdir. Bu komandalar hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edirlər.

Son xəbərlər

Orphus sistemi