İngiltərə millisinin müdafiəçisi AVRO-2020-dən əvvəl zədələndi

İngiltərə millisinin müdafiəçisi AVRO-2020-dən əvvəl zədələndi İngiltərə millisinin futbolçusu Trent Aleksander-Arnold Avropa çempionatından əvvəl zədələnib
Futbol
242
3 İyun , 2021 09:16
İngiltərə millisinin müdafiəçisi AVRO-2020-dən əvvəl zədələndi

İngiltərə millisinin futbolçusu Trent Aleksander-Arnold Avropa çempionatından əvvəl zədələnib.

"Report"un məlumatına görə, "Liverpul" klubunda çıxış edən 23 yaşlı müdafiəçi Avstriyanı 1:0 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyununda sıradan çıxıb.

Arnold ikinci hissənin sonunda meydanı tərk etməli olub.

Komandanın baş məşqçisi Qaret Sautgeyt görüşdən sonra mətbuat konfransında oyunçunun bud nahiyəsindən xəsarət aldığını söyləyib. Mütəxəssis müdafiəçinin durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyini söyləyib.

Qeyd edək ki, İngiltərə millisi AVRO-2020-nin D qrupunda Şotlandiya, Xorvatiya və Çexiya ilə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi