İngiltərə millisinin futbolçusu diskvalifikasiya olundu

İngiltərə millisinin futbolçusu diskvalifikasiya olundu İngiltərə Futbol Assosiasiyası milli komandanın və İspaniya "Atletiko"sunun futbolçusu Kiran Tripyeri cəzalandırıb.
Futbol
23 Dekabr , 2020 18:19
İngiltərə millisinin futbolçusu diskvalifikasiya olundu
Kiran Tripyeri

İngiltərə Futbol Assosiasiyası milli komandanın və İspaniya "Atletiko"sunun futbolçusu Kiran Tripyeri cəzalandırıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi ölkəsinin "Tottenhem" klubundan Madrid təmsilçisinə keçərkən mərc qaydalarını pozduğu üçün 10 həftəlik diskvalifikasiya olunub.

Təcrübəli oyunçu həmçinin 70 min funt-sterlinq məbləğində cərimələnib.

Sanksiya qərarı deabrın 23-də - rəsmi sənədlər FIFA-ya təqdim olunduqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Kiran Tripyer "Atletiko"ya 2019-cu ilin yayında transfer olunub.

Son xəbərlər

Orphus sistemi