Federasiya İngiltərə millisinin baş məşqçisinə yeni müqavilə təklif edir

Federasiya İngiltərə millisinin baş məşqçisinə yeni müqavilə təklif edir İngiltərə Futbol Federasiyası (FA) komandanın baş məşqçisi Qaret Sautgeytə yeni müqavilə təklif edəcək.
Futbol
26 İyun , 2021 09:48
Federasiya İngiltərə millisinin baş məşqçisinə yeni müqavilə təklif edir
Qaret Sautgeyt

İngiltərə Futbol Federasiyası (FA) milli komandanın baş məşqçisi Qaret Sautgeytə yeni müqavilə təklif edəcək.

"Report"un məlumatına görə, bu barədə "Daily Telegraph"a açıqlamasında FA-nın icraçı direktoru Mark Bullingem bildirib.

O, 51 yaşlı mütəxəssisin sözləşməsini yeniləmək istədiklərini söyləyib: "Sautgeyt mükəmməl iş görür. Düşünürəm ki, Avropa çempionatından sonra onunla müqavilənin uzadılmasını müzakirə edəcəyik".

Qeyd edək ki, Qaret Sautgeyt 2016-cı ildən İngiltərə yığmasının baş məşqçisidir. Komanda onun rəhbərliyi altında 2018-ci ildə Rusiya keçirilmiş dünya çempionatında 4-cü olub. Mütəxəssisin hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. İngiltərə AVRO-2020-nin 1/8 finalında iyulun 29-da Almaniya ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi