İngiltərə millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

İngiltərə millisinin baş məşqçisi ilə müqavilə uzadılıb Qaret Sautgeyt futbol üzrə İngiltərə milli komandası ilə müqavilə müddətini 2024-cü ilin dekabrınadək uzadıb.
Futbol
149
22 Noyabr , 2021 16:09
İngiltərə millisinin baş məşqçisi ilə müqavilə uzadılıb
Qaret Sautgeyt
0 : 00
0 : 00

Qaret Sautgeyt futbol üzrə İngiltərə milli komandası ilə müqavilə müddətini 2024-cü ilin dekabrınadək uzadıb.

"Report"un İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, 51 yaşlı mütəxəssislə bərabər köməkçisi Stiv Hollandla da yeni sözləşmə imzalanıb.

Sautgeyt 2016-cı ildən rəhbərlik etdiyi yığmanı DÇ-2018-in yarımfinalına və AVRO-2020-nin finalına çıxarıb. 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində isə İngiltərə millisi qrup lideri kimi mundiala vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi