İngiltərə millisinin AVRO-2024 üçün yekun heyəti bəlli olub

İngiltərə millisinin AVRO-2024 üçün yekun heyəti bəlli olub Futbol üzrə İngiltərə millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti bəlli olub.
Futbol
6 iyun 2024 17:01
İngiltərə millisinin AVRO-2024 üçün yekun heyəti bəlli olub

Futbol üzrə İngiltərə millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti bəlli olub.

"Report" xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt siyahıya 26 oyunçunun adını daxil edib.

Qapıçılar: Din Henderson (“Kristal Pelas”), Cordan Pikford (“Everton”), Aron Remsdeyl (“Arsenal”).

Müdafiəçilər: Lyuis Dank ("Brayton"), Co Qomez ("Liverpul"), Mark Qei ("Kristal Pelas"), Ezri Konsa ("Aston Villa"), Lyuk Şou ("Mançester Yunayted"), Con Stounz ("Mançester Yunayted"), Kiran Trippyer ("Nyukasl") , Kayl Uoker ("Mançester Siti").

Yarımmüdafiəçilər: Trent Alexander-Arnold (“Liverpul”), Konor Qallaher (“Çelsi”), Kobbi Maynu (“Mançester Yunayted”), Deklan Rays (“Arsenal”), Adam Uorton (“Kristal Pelas”).

Hücumçular: Cud Bellinqem ("Real", Madrid), Carrod Bouen ("Vest Hem"), Ebereçi Eze ("Kristal Palas"), Fil Foden ("Mançester Siti"), Entoni Qordon ("Nyukasl"), Harri Keyn ("Bavariya"), Koul Palmer ("Çelsi"), Bukayo Saka ("Arsenal"), Ayvan Toni ("Brentford"), Olli Uotkins ("Aston Villa").

Qeyd edək ki, İngiltərə yığması 14 iyun - 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün C qrupunda Sloveniya, Danimarka və Serbiya milliləri ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi