İngiltərə Kubokunda yarımfinalçılar müəyyənləşdi

İngiltərə Kubokunda yarımfinalçılar müəyyənləşdi Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin son iki oyunu keçirilib
Futbol
245
21 Mart , 2021 22:58
İngiltərə Kubokunda yarımfinalçılar müəyyənləşdi

Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin son iki oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Çelsi" doğma meydanda "Şeffild Yunayted"i 2 cavabsız qolla məğlub edib.

Qolları 24-cü dəqiqədə Oliver Norvud öz qapısına, 90+2-ci dəqiqədə isə Hakim Ziyeş vurublar.

Digər qarşılaşmada "Lester Siti" evdə "Mançester Yunayted"i 3:1 hesabı ilə məğlub edib. 24-cü dəqiqədə Keleçi İhenaço meydan sahiblərini hesabda önə çıxarsa da, 14 dəqiqə sonra Meyson Qrinvud tarazlığı bərpa edib. 52-ci dəqiqədə Yuri Tilemans "qırmızı şeytanlar"ı 2-ci dəfə məyus edib. Görüşdə son nöqtəni isə 78-ci dəqiqədə İhenaço qoyub.

Beləliklə, qələbə sayəsində "Çelsi" və "Lester Siti" komandaları yarımfinala vəsiqə qazanıblar. Londonlular bu raundda "Mançester Siti" ilə, Lester təmsilçisi isə "Sautgempton"la qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal oyunları aprelin 17-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi