İngiltərə klubunun kapitanı azarkeşin hücumuna məruz qalıb

İngiltərə klubunun kapitanı azarkeşin hücumuna məruz qalıb İngiltərənin "Şeffild Yunayted" klubunun kapitanı Billi Şarp azarkeşin hücumuna məruz qalıb
Futbol
18 May , 2022 12:00
İngiltərə klubunun kapitanı azarkeşin hücumuna məruz qalıb
Billi Şarp

İngiltərənin "Şeffild Yunayted" klubunun kapitanı Billi Şarp azarkeşin hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, hadisə komandanın Premyer Liqa uğrunda pley-off mərhələsinin yarımfinalında "Nottingem Forest"ə uduzduqları oyundan sonra baş verib.

Penaltilər seriyasından sonra fanat stadiona daxil olub. 36 yaşlı hücumçu zədəli olduğu üçün matçda iştirak etməyib. Tərəfdar təcrübəli oyunçuya çırpılaraq onu yerə yıxıb. Polis həmin azarkeşi saxlayıb.

Qeyd edək ki, qarşılaşma "Şeffild Yunayted"in 2:1 hesablı qələbəsi ilə bitib. İlk qarşılaşmada "Nottingem Forest" eyni hesabla qələbə qazandığından, penaltilər seriyasına ehtiyac duyulub. "Nottingem Forest" mayın 29-da finalda "Haddersfild"lə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi