İngiltərənin "Lester" klubunun 7 azarkeşi İtaliyada saxlanılıb.
"Report"un "Questura" nəşrinə istinadən məlumatına görə, buna fanatların "Roma"ya qarşı UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyununda stadionun stüardlarına hücum etməsi səbəb olub.
Hadisənin matçın sonlarında baş verdiyi bildirilib. Qarşıdurma zamanı 6 stüard və 5 polis əməkdaşı xəsarət alıb.
Qeyd edək ki, görüş "Roma"nın qələbəsi ilə yekunlaşıb - 1:0. İlk qarşılaşmada rəqibi ilə 1:1 hesablı heç-heçə edən "canavarlar" finala yüksəlib. Paytaxt təmsilçisi mayın 25-də həlledici qarşılaşmada Niderland "Feyenoord"u ilə ilə üz-üzə gələcək.