İngiltərə klubu millimizin futbolçusunu istəyir

İngiltərə klubu millimizin futbolçusunu istəyir İngiltərənin "Koventri" klubu&"Vulverhempton"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşovla maraqlanır.&
Futbol
1138
4 İyul , 2020 09:02
İngiltərə klubu millimizin futbolçusunu istəyir
Renat Dadaşov

İngiltərənin "Koventri" klubu "Vulverhempton"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşovla maraqlanır. 

"Report" "Coventrytelegraph" nəşrinə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarəyə götürmək niyyətindədir.

Dadaşovun baş məşqçi Mark Robinsin diqqətində olduğu bildirilib. 

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"a keçib və klubla 4 illik müqavilə imzalayıb. Forvard hələ ki, əsas komandada debüt etməyib. Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib.