İngiltərə klubu millimizin futbolçusu üçün razılıq əldə edə bilmədi

İngiltərə klubu millimizin futbolçusu üçün razılıq əldə edə bilmədi İngiltərənin "Birmingem Siti" klubu"Vulverhempton"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov üçün rəsmi təklif göndərib.
Futbol
23 İyul , 2020 09:00
İngiltərə klubu millimizin futbolçusu üçün razılıq əldə edə bilmədi

İngiltərənin "Birmingem Siti" klubu "Vulverhempton"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov üçün rəsmi təklif göndərib. 

"Report" "Dailymail" nəşrinə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarə əsasında heyətinə qatmaq istəyib. Hətta tərəflər arasında görüş də baş tutub, lakin klublar ortaq məxrəcə gələ bilməyiblər.

Qeyd edək ki, digər Çempionşip təmsilçisi "Koventri" də Renat Dadaşovla maraqlanır. Hücumçu 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, hələ ki, əsas komandada debüt etməyib.

Son xəbərlər

Orphus sistemi