İngiltərə klubu kütləvi yoluxma səbəbindən bazasını bağladı

İngiltərə klubu kütləvi yoluxma səbəbindən bazasını bağladı İngiltərənin "Aston Villa" komandasında koronavirusa yeni yoluxma halları aşkarlanıb.
Futbol
7 Yanvar , 2021 19:40
İngiltərə klubu kütləvi yoluxma səbəbindən bazasını bağladı

İngiltərənin "Aston Villa" komandasında koronavirusa yeni yoluxma halları aşkarlanıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən Birmingem təmsilçisi öz bazasını bağlayıb.

Həmçinin komandanın ölkə kubokunun 1/32 final mərhələsinin "Liverpul"la oyunu öncəsi bugünkü məşqi baş tutmayıb.

Qeyd edək ki, yanvarın 8-nə planlaşdırılan matçın təxirə salınacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi