İngiltərə klubu irqçiliyə görə azarkeşini ömürlük cəzalandırıb

İngiltərə klubu irqçiliyə görə azarkeşini ömürlük cəzalandırıb İngiltərənin "Vest Bromviç" klubu öz azarkeşini cəzalandırıb.
Futbol
197
10 Sentyabr , 2021 12:12
İngiltərə klubu irqçiliyə görə azarkeşini ömürlük cəzalandırıb

İngiltərənin "Vest Bromviç" klubu öz azarkeşini cəzalandırıb.

"Report" Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna 50 yaşlı fanatın komandanın futbolçusu Romeyn Soyersə qarşı irqçilik etməsi səbəb olub.

Adı açıqlanmayan şəxs "Vest Bromviç"in ölkə çempionatında "Mançester Siti"yə 0:5 hesabı ilə uduzmasından sonra internetdə 30 yaşlı yarımmüdafiəçini təhqir edib.

Nəticədə azarkeş ömürlük diskvalifikasiya olunub.

Son xəbərlər

Orphus sistemi