UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarına start verilib.
"Report"un məlumatına görə, 16 qarşılaşmadan 9-u artıq başa çatıb.
Açılış matçı Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" ilə Belçika "Brügge"si arasında keçirilib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İngiltərənin "Mançester Yunayted" klubu pandemiya səbəbindən İtaliyada keçirilən səfər matçda İspaniya "Real Sosyedad"ını 4 cavabsız qolla məğlub edib. "Tottenhem" isə Macarıstanın paytaxtı Budapeştdə Avstriya "Volfsberq"inin qapısından eyni sayda top keçirib.
İtaliya təmsilçilərindən "Roma" Portuqaliyada "Braqa"nı 2:1 hesabı ilə məğlub edib. "Milan" isə Serbiyada "Srvena Zvezda" ilə görüşdə qələbəni son dəqiqələrdə əldən verib - 2:2.
Günün maraqlı oyunlarında biri də İsveçrədə baş tutub. Almaniya "Bayer"ini qəbul edən "Yanq Boyz" dramatik görüşdə 4:3 hesablı qələbə qazanıb.
Avropa Liqası
1/16 final mərhələsi
İlk oyunlar
21:55. “Dinamo” (Kiyev, Ukrayna) - “Brügge” (Belçika) - 1:1
Qollar: Mixail Buyalski, 62 - Brendon Mexele, 67
21:55. “Olimpiakos (Yunanıstan) - PSV (Niderland) - 4:2
Qollar: Andreas Buxalakis, 9, Yann M Vila, 37, Yussef el-Arabi, 45+2, Giorqos Masuras, 83 - Eran Zahavi, 14, 40
21:55. “Yanq Boyz” (İsveçrə) - “Bayer” (Almaniya) - 4:3
Qollar: Kristian Fassnaxt, 3, Teozon Sibaço, 19, 89, Meşak Elia, 44, - Patrik Şik, 49, 52, Mussa Diabi, 68
21:55. “Krasnodar” (Rusiya) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:3
Qollar: Markus Berq, 28, Viktor Klaesson, 69 - Bruno Petkoviç, 15, 54, İyayyi Atimven, 75
21:55. “Braqa” (Portuqaliya) - “Roma” (İtaliya) - 0:2
Qollar: Edin Ceko, 5, Borxa Mayoral, 86
Qırmızı vərəqə: Rikardu Eşqayu, 54 ("Braqa)
21:55. “Slaviya” (Çexiya) - “Lester” (İngiltərə) - 0:0
21:55. “Srvena Zvezda” (Serbiya) - “Milan” (İtaliya) - 2:2
Qollar: Gelor Kanqa, 52 (penalti), Milan Pavkov, 90+3 - Radovan Pankov, 42 (avtoqol), Teo Ernandes, 61
Qırmızı vərəqə: Milan Rodiç ("Srvena Zvezda"), 77
21:55. “Real Sosyedad” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 0:4
Qollar: Brunu Fernandeş, 27, 57, Markus Reşford, 65, Deniel Ceyms, 90
21:55. “Volfsberq” (Avstriya) - “Tottenhem” (İngiltərə) - 1:4
Qollar: Mixael Lindl, 55 (penalti) - Son Xın Min, 13, Qaret Beyl, 28, Lukas Moura, 34, Karluş Vinisius, 88
Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunları 24 - 25 fevralda gerçəkləşəcək.