İngiltərə klubları 5 əvəzetmə qaydasının ləğvinə səs verdilər

İngiltərə klubları 5 əvəzetmə qaydasının ləğvinə səs verdilər İngiltərə Premyer Liqasında çıxış edən klublararasında 5 əvəzetmə qaydasının2020/2021 mövsümündə də tətbiqi ilə bağlı sorğu keçirilib.
Futbol
299
6 Avqust , 2020 17:56
İngiltərə klubları 5 əvəzetmə qaydasının ləğvinə səs verdilər

İngiltərə Premyer Liqasında çıxış edən klublar arasında 5 əvəzetmə qaydasının 2020/2021 mövsümündə də tətbiqi ilə bağlı sorğu keçirilib.

"Report" çempionatın rəsmi saytına istinadən xəbər verir ki, 20 yüksək liqa təmsilçisindən 11-i bunun əleyhinə səs verib.

Onlar yarışın əvvəlki qaydalarla keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsüm sentyabrın 12-də start götürəcək.

Orphus sistemi