İngiltərə futboluna ilk dəfə qadın rəhbərlik edə bilər

İngiltərə futboluna ilk dəfə qadın rəhbərlik edə bilər İngiltərə Futbol Assosiasiyasına (FA) 157 illik tarixi ərzində ilk dəfə qadın rəhbərlik edə bilər
Futbol
9 Mart , 2021 13:40
İngiltərə futboluna ilk dəfə qadın rəhbərlik edə bilər
Debbi Hyuitt

İngiltərə Futbol Assosiasiyasına (FA) 157 illik tarixi ərzində ilk dəfə qadın rəhbərlik edə bilər.

"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, "Royal Automobile Club"un keçmiş icraçı direktoru 57 yaşlı Debbi Hyuitt namizədlərin siyahısında liderdir. Onun illik 190 min funt-sterlinq maaş alacağı gözlənilir.

Qeyd edək ki, Debbi Hyuitt "Liverpul" klubunun azarkeşidir. Onun İngiltərənin İrlandiya ilə birlikdə DÇ-2030-a ev sahibliyi etmək üçün yaradılacaq Təşkilat Komitəsinin rəhbəri olacağı gözlənilir.

Xatırladaq ki, FA-nın keçmiş rəhbəri Greq Klark 2020-ci ilin noyabrında irqçi qarşudurmaya görə vəzifəsindən ayrılıb. O, tənqidlərə səbəb olan "rəngli futbolçula" ifadəsini işlətmişdi. O, daha sonra işlətdiyi ifadəyə görə üzr istəyib. Hazırda Piter Makkormik FA-da sədr vəzifəsini icra edir.

Son xəbərlər

Orphus sistemi